İcarə Şərtləri
- İcarəçi etibarlı sürücülük vəsiqəsinə və 2 ildən az olmayacan sürücülük təcrübəsinə malik olmalıdır;
- Xarici vətəndaşlar üçün – etibarlı beynəlxalq sürücülük vəsiqəsi;
- İcarəçi etibarlı şəxsiyyət vəsiqəsini, müvəqqəti qeydiyyatdan keçmiş xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi vəsiqəsini, qonaq və turistlər isə pasportlarını təqdim etməlidirlər;
- Prestigious, Luxury, 4x4 sinifli avtomobillər üçün yaş məhdudiyyətləri mövcuddur.
- İcarəçinin yaşı 23 yaşdan çox olmalıdır.

ÖDƏNİŞ ŞƏRTLƏRİ
- Avtomobil icarəsinin məbləğinə aşağıdakılar daxildir:
- ƏDV;
- Üçüncü tərəfin vətəndaş məsuliyyəti.
- Ödəniş Azərbaycan manatı ilə həyata keçirilir;
- Ödəniş nağd və ya Visa, VisaElectron, Master Card kard sistemləri vasitəsilə həyata keçirilə bilər;
- Avtomobilin icarəsi zamanı İcarəçi avtomobilin kateqoriyasına müvafiq olan girov qoymalıdır (300 – 1000 azn);
- Avtomobilin icarəsi zamanı girov nağd şəkildə İcarə verənin ofislərinin birində qoyula bilər

İcarəyəgötürən icarə müddəti ərzində edilən yol hərəkət qaydalarının pozulması üçün tam məsuliyyət daşıyır. Pozuntular nəticəsində yaranan cərimələr və cərimə balları/sanksiyalarına tam məsuliyyət daşıyır.

AVTOMOBİLİN İCARƏSİ ZAMANI SIĞORTA ŞƏRTLƏRİ
Vətəndaş məsuliyyəti (MMİS):
- Bütün avtomobillər vətəndaş məsuliyyəti üzrə sığortalanıb.
- Avtomobilin istismarı zamanı icarə müqaviləsinin şərtləri və/və ya sığorta şərtləri pozulduğu halda sığorta tətbiq olunmur. Bu pozuntuların nümunələri kimi təhlükəli və yanğıdan təhlükəli maddələrin nəqli, avtomobilin alkoqol və ya narkotik maddələrinin təsiri altında idarə olunması, habelə sərxoş vəziyyətinin üzrə testdən keçirilməsində imtina və s. göstərilə bilər.
Bu hallarda yol-qəza hadisəsinə görə İcarəçi məsuliyyət daşıyır.
ƏRAZİ MƏHDUDİYYƏTLƏRİ VƏ XARİCİ ÖLKƏLƏRDƏ AVTOMOBİLİN İSTİSMARI
- Avtomobilin Azərbaycandan kənara çıxarılması.
- Avtomobilin Gürcüstan və ya Türkiyə ərazisinə çıxarılması yalnız şirkətin etibarnaməsi və icarənin rəsmiləşdirilməsi ilə bağlı bütün xərclərin ödənilməsi əsasında mümkündür;

BRONLAŞDIRMANIN TƏXİRƏ SALINMASI ŞƏRTLƏRİ
Sifarişin təxirə salınması icarə olunmanın bron tarixi və vaxtından 24 saat əvvəl həyata keçirilməlidir.
Əgər təxirə salma 24 saat az vaxt ərzində yerinə yetirilibsə, gündəlik icarə haqqının 50% məbləğində cərimə ödənilməlidir.
İcarəyə verən müqavilənin bağlanmasından əvvəl potensial icarəçiyə səbəbləri açıqlamadan avtomobil icarəsi sorğusunu qəbul etməmək haqqına malikdir (bronlaşdırmanın mövcud olmasına baxmayaraq.


                    
Azrent MMC. Bakı-da Avtomobil kirayəsi Azərbaycan © 2013-2015 | Bakı, Azərbaycan, AZ1005. İnşaatçılar prospekti, 28
Tel: +994-12 539 71 10 | Mob: +994-70 227 50 05 | Mob: +994-55 600 75 60 | E-Poct office@azrent.az

Dizayn by ADELINAhost