İcarə Şərtləri
- Limitsiz km
- Yerli vergilər
- Sığorta (Çatışmazlıqdan imtina, Oğurluqdan Müdafiə, Üçüncü Şəxsin Məsuliyyəti)
- Hava limanına əlavə ödəniş
- 24 saat yol yardımı
- İcarəçi etibarlı sürücülük vəsiqəsinə və 3 ildən az olmayacan sürücülük təcrübəsinə malik olmalıdır;
- Xarici vətəndaşlar üçün – etibarlı beynəlxalq sürücülük vəsiqəsi;
- İcarəçi etibarlı şəxsiyyət vəsiqəsini, xarici vətəndaşlar müvəqqəti yaşayış icazəsi, qonaq və turistlər isə pasportlarını təqdim etməlidirlər;
- İcarəçinin yaşı 23 - 65 yaş arası olmalıdır. Əks halda maşın sürücü ilə verilir.
ÖDƏNİŞ ŞƏRTLƏRİ
- Avtomobil icarəsinin məbləğinə aşağıdakılar daxildir:
- ƏDV;
- Üçüncü tərəfin vətəndaş məsuliyyəti.
- Ödəniş nağd və ya Visa, VisaElectron, Master Card kard sistemləri vasitəsilə həyata keçirilə bilər;
- Avtomobilin icarəsi zamanı İcarəçi avtomobilin kateqoriyasına müvafiq olan girov qoymalıdır 300 azn (zərər və oğurluq üçün).
İcarəyəgötürən icarə müddəti ərzində edilən yol hərəkət qaydalarının pozulması üçün tam məsuliyyət daşıyır. Pozuntular nəticəsində yaranan cərimələr və cərimə balları/sanksiyalarına tam məsuliyyət daşıyır.
AVTOMOBİLİN İCARƏSİ ZAMANI SIĞORTA ŞƏRTLƏRİ
Vətəndaş məsuliyyəti (MMİS):
- Bütün avtomobillər vətəndaş məsuliyyəti üzrə sığortalanıb.
- Avtomobilin istismarı zamanı icarə müqaviləsinin şərtləri və/və ya sığorta şərtləri pozulduğu halda sığorta tətbiq olunmur. Bu pozuntuların nümunələri kimi təhlükəli və yanğıdan təhlükəli maddələrin nəqli, avtomobilin alkoqol və ya narkotik maddələrinin təsiri altında idarə olunması, habelə sərxoş vəziyyətinin üzrə testdən keçirilməsində imtina və s. göstərilə bilər.
Bu hallarda yol-qəza hadisəsinə görə İcarəçi məsuliyyət daşıyır.
Avtomobillərin yolsuzluq və ov məqsədi ilə istifadəsi hallarında sığorta keçərli deyildir, məhsuliyyəti icarəçi daşıyır.
ƏRAZİ MƏHDUDİYYƏTLƏRİ VƏ XARİCİ ÖLKƏLƏRDƏ AVTOMOBİLİN İSTİSMARI
- Avtomobilin Azərbaycandan kənara çıxarılması yalnız şirkətin sürücüsü ilə icarəyə verilir.
BRONLAŞDIRMANIN TƏXİRƏ SALINMASI ŞƏRTLƏRİ
Sifarişin təxirə salınması icarə olunmanın bron tarixi və vaxtından 24 saat əvvəl həyata keçirilməlidir.
Əgər təxirə salma 24 saat az vaxt ərzində yerinə yetirilibsə, gündəlik icarə haqqının 50% məbləğində cərimə ödənilməlidir.
İcarəyə verən müqavilənin bağlanmasından əvvəl potensial icarəçiyə səbəbləri açıqlamadan avtomobil icarəsi sorğusunu qəbul etməmək haqqına malikdir (bronlaşdırmanın mövcud olmasına baxmayaraq.